İranın yeni raketi “görünməz” təyyarələri də vura bilir

 İranın yeni raketi “görünməz” təyyarələri də vura bilir
  22 Avqust 2019    Oxunub:4028
Rəsmi Tehran bu gün yerli istehsal olan “Bavər-373” zenit-raket kompleksini təqdim edib.

Azvision.az -ın məlumatına görə, İranın müdafiə naziri Əmir Hatəmi bildirib ki, rəsmi nümayişdən sonra kompleks İran ordusunun hava hücumundan müdafiə qüvvələrinə təhvil veriləcək.
Qeyd edək ki, “Bavər -373” "Sayad-4" raketləri ilə təchiz edilib, onlar 27metr hündürlükdən və 200 km uzaqlıqdan qırıcıları, "görünməz" təyyarələri, qanadlı və ballistik raketləri vura bilir.

Üstəlik, kompleks 300 kilometrdən çox məsafədən hədəfləri aşkar etməyə qadirdir. İran hərbiçiləri hesab edirlər ki, “Bavər -373” Rusiyanın "S-300" raket əleyhinə müdafiə sistemləri ilə rəqabət aparmaq gücündədir və daha inkişaf etmiş bir sistemdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Raket  





Xəbər lenti