“Hiss olunur ki, rəqib olduqca istəklidir” - Qurban Qurbanov

“Hiss olunur ki, rəqib olduqca istəklidir” -    Qurban Qurbanov
  22 Avqust 2019    Oxunub:1555
"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq"
Azvision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə (Şimali İrlandiya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək" - deyə Q.Qurbanov vurğulayıb.

Azvision.az



Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti