Koçaryan Avropadan kömək istəyir

 Koçaryan Avropadan kömək istəyir
  21 Avqust 2019    Oxunub:2302
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları İrəvanda etiraz aksiyası keçirib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Fransanın Ermənistandakı səfirliyinin binası qarşısında toplaşıb, Qərb ölkələrinə çağırışlar ediblər.
Bildirilib ki, Avropa ölkələri Koçaryanın işinə biganə qalmamalı, onun azadlığa çıxması üçün səylər göstərməlidir. Onlar bu məqsədlə Fransa səfirliyinin binası qarşısında aksiya keçibilər. Etirazçılar daha sonra səfirliyə məktubla müraciət ediblər. Məktub 29 bənddən ibarətdir.

"Biz Avropa İttifaqına üzv ölkələrin diqqətini problemə cəlb etməyə, eyni zamanda Koçaryanın cinayət təqibi ilə bağlı mövqeyini başa düşməyə çalışırıq ",- deyə aksiyaya qatılan sabiq deputat Qaqik Baqdasaryan bildirib. Diqqətə çatdırılıb ki, növbəti etiraz aksiyası İtaliya səfirliyinin binası qarşısında baş tutacaq.

Qeyd edək ki, Robert Koçaryan ölkədə konstitusion quruluşu devirməkdə təqsirli bilinib və ona qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti