Ermənistanda qorxunc xəstəlik yayılır
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qexovit kəndinin iki sakini Martuni şəhərinin xəstəxanasına “Sibir qarayarası”nın dəri forması əlamətləri ilə müraciət edib.
Epidemiyanın ətraf bölgələrə yayılmasının qarşısını almaq məqsədilə kəndə göndərilən həkimlər müayinə zamanı daha beş nəfərin DNT-sində həmin xəstəliyi törədən viruslar aşkar ediblər. Onları kilinik vəziyyətlərini dəqiqləşdirmək üçün İrəvandakı “Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparıblar.
Səhiyyə Nazirliyi əhaliyə tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdarlıq edib.
Azvision.az
Teqlər: Ermənistan Qarayara Xəstəlik