Netanyahunun xanımı təyyarədə qalmaqal yaratdı

   Netanyahunun xanımı təyyarədə qalmaqal yaratdı
  19 Avqust 2019    Oxunub:2171
İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu Kiyevə uçan təyyarənin göyərtəsində qalmaqal yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə "Yerusalim.post" məlumat yayıb. İddia olunur ki, Baş nazirin xanımı təyyarədə olarkən pilotun onu mikrofonla sərnişinlərə təqdim etməməsinə əsəbləşib.

S.Netanyahu yerindən duraraq pilotun kabinəsinə doğru getmək istəyib. Dərhal mühafizəçilər ona yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar. Daha sonra ekipajın komandiri sərnişinlərə müraciət edib və Sara Netanyahunu salamlayıb.

Baş nazirin ofisi faktı təsdiqləyib. Qeyd edilib ki, təyyarədə anlaşılmazlıq olub və dərhal aydınlaşdırılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: İsrail   Netanyahu  





Xəbər lenti