Azərbaycan çempionatında ikinci turun təqvimi

  19 Avqust 2019    Oxunub : 904
Azərbaycan çempionatında ikinci turun təqvimi
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda oynanılacaq qarşılaşmaların vaxtı müəyyənləşib.
Azvision.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, 2019-2020-ci il mövsümünün ikinci turunun görüşləri üç günü əhatə edəcək. Tura avqustun 24-də “Sumqayıt” - “Səbail” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da təşkil olunacaq.

Avqustun 25-də “Sabah” klubu “Keşlə” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 18:45-də başlayacaq. Həmin gün oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması “Azərsun Arena”da saat 21:00-da start götürəcək.

Turun sonuncu oyunu “Zirə” və “Neftçi” klubları arasında oynanılacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, birinci turda “Qəbələ” öz meydanında “Sumqayıt” klubuna (0:2), “Keşlə” isə “Qarabağ”a (0:1) məğlub olub. “Səbail” komandası isə ev oyununda “Zirə”ni minimal hesabla məğlub edib - 1:0. Birinci tura bu gün saat 20:00-da başlayacaq “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Azvision.az

Teqlər: Liqa   PFL