“Grace 1” tankeri yenidən Suriyaya neft daşıyacaq

“Grace 1” tankeri yenidən Suriyaya neft daşıyacaq
  16 Avqust 2019    Oxunub:1354
Rəsmi Tehran hesab edir ki, “Grace 1” tankerinin saxlanılması qanunsuz idi.
Azvision.az xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif öz “Tvitter” səhifəsində bildirib.

“Bununla bağlı fikirlərimiz dəyişməyib və tankerin saxlanılması tamamilə qanunsuz idi”, - deyə nazir yazıb.

Bu arada İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Tehranın neft tankerinin azad olunduqdan sonra Suriyaya getməyəcəyinə dair heç bir zəmanət vermədiyini bəyan edib.

Qeyd edək ki, Böyük Britaniya məhkəməsi ABŞ-ın təkidinə baxmayaraq, iyulun 4-də Hibraltarda həbs olunan İrana məxsus neft tankerinin azad edilməsi haqqında qərar verib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İran  





Xəbər lenti