İndoneziyanın paytaxtı dəyişdirilə bilər

İndoneziyanın paytaxtı dəyişdirilə bilər
  16 Avqust 2019    Oxunub:1533
İndoneziya prezidenti Joko Vidodo parlamentə paytaxtın Cakarta şəhərindən Kalimantan adasına (Borneo) köçürülməsini təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Onun sözlərinə görə, yeni paytaxt ölkənin iqtisadi inkişafdakı irəliləyişlərini göstərəcək.

“Sizdən milli paytaxtın Kalimantan adasına köçürülməsi üçün icazə istəyərəm”,- prezidentin parlamentə müraciətində qeyd olunub.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: İndoneziya  





Xəbər lenti