Tramp USAİD-in xərclərini 2,4 milyard azaldır

 Tramp USAİD-in xərclərini 2,4 milyard azaldır
  16 Avqust 2019    Oxunub:1611
ABŞ prezidenti Donald Tramp administrasiyası ölkənin beynəlxalq yardım üçün nəzərdə tutulan xərclərini 4 milyard dollardan çox azaltmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə müvafiq sənədə istinadən “Politico” nəşri məlumat yayıb. Qeyd olunduğu kimi, layihə Ağ evin büdcə bürosunda hazırlanıb.

Sənədə əsasən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xərcləri 2,4 milyard dollar, Dövlət Departamenti tərəfindən həyata keçirilən beynəlxalq yardım proqramının xərcləri isə 2 milyard dollar həcmində azaldılacaq.

Büdcəyə düzəlişlərin gələn həftənin əvvəlində Konqresə göndəriləcəyi gözlənilir. 45 gün ərzində konqresmenlər təklifin təsdiqlənməsi və ya rədd edilməsi barədə yekun qərar verəcəklər.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ   USAİD  





Xəbər lenti