Təyyarədə qorxulu anlar: 23 nəfər yaralandı

  Təyyarədə qorxulu anlar:    23 nəfər yaralandı
  15 Avqust 2019    Oxunub:3001
Rusiyanın paytaxtı Moskvadan uçan təyyarə qəza enişi edib.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər yaralanıb. Məlumata əsasən, Moskvadan Simferopola uçan “Airbus A321” təyyarəsi havaya qalxarkən qağayılarla toqquşub və mühərrikdə yanğın baş verib.
Bu səbəbdən təyyarə qarğıdalı sahəsinə məcburi eniş edib. Nəticədə 23 nəfər yaralanıb. Yaralılardan 9 nəfəri uşaqdır.

Azvision.az



Teqlər: Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti