“Liverpul” Avropanın ən güclüsü oldu - VİDEO

  15 Avqust 2019    Oxunub : 1085
 “Liverpul” Avropanın ən güclüsü oldu - VİDEO
UEFA Super Kubokunun final görüşü keçirilib.
Azvision.az xəbər verir ki, Türkiyənin “Vodafone Park” stadionunda baş tutan görüşdə İngiltərənin “Liverpul” və “Çelsi” klubları üz-üzə gəliblər. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib müəyyənləşmədiyindən əlavə dəqiqələr artırılıb.

Birinci əlavə olunmuş dəqiqələrdə hər iki komanda hərəyə bir dəfə fərqlənib. Sadio Manenin qoluna Jorginyo cavab verib. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Penalti seriyalarında daha dəqiq olan “Liverpul” (5:4) UEFA Super kubokunun qalibi olub.



Qeyd edək ki, “Liverpul” ötən mövsüm UEFA Çempionlar Liqasının, “Çelsi” isə UEFA Avropa Liqasının qalibi olub.

Azvision.az

Teqlər: UEFA   Liverpul