Putin Finlandiyaya səfər edəcək

Putin Finlandiyaya səfər edəcək
  14 Avqust 2019    Oxunub:1687
Rusiya prezidenti Vladimir Putin, 21 avqust tarixində Finlandiyaya səfəri zamanı rəsmi Helsinkin Avropa Şurasına hazırkı sədrliyi kontekstində Rusiya ilə Aİ arasındakı münasibətləri müzakirə etməyi planlaşdırır.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin, Finlandiyanın Prezidenti Sauli Niinistyönün dəvəti ilə Helsinkiyə səfər edəcək.

Qeyd olunub ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzuları, habelə beynəlxalq və regional gündəmin bir sıra aktual məsələləri müzakirə olunacaq.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti