Azərbaycana yeni səfər təyin olundu

  13 Avqust 2019    Oxunub : 783
Azərbaycana yeni səfər təyin olundu
Latviyanın Azərbaycana yeni səfiri təyin olunub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Dainis Garançs Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri təyin olunub.

Latviya Prezidenti Egils Levits Riqa qalasında keçirilən xüsusi mərasimdə Dainis Garançsa etibarnaməni təqdim edib.

Dainis Garançs 1994-cü ildə Latviya Xarici İşlər Nazirliyində işə başlayıb və diplomatik karyerası ərzində nazirliyin baş qərargahında müxtəlif vəzifələrdə çalışıb. Ayrıca Latviyanın xaricdəki bir neçə səfirliyində - Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdə çalışıb. O, ingilis, rus, polyak və fransız dillərini mükəmməl bilir.

Azvision.az


Teqlər: Latviya   Səfir