"Qarabağ" APOEL-lə cavab matçına çıxır

  "Qarabağ" APOEL-lə cavab matçına çıxır
  13 Avqust 2019    Oxunub:2470
“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Azvision.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək.

Azvision.az


Teqlər: Qarabağ   ÇL  





Xəbər lenti