Eddinin yeni klubu rəsmən açıqlandı

Eddinin yeni klubu rəsmən açıqlandı
  12 Avqust 2019    Oxunub:1393
Milllimizin üzvü Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubundan ayrılıb.
Azvision.az xəbər verir ki, 27 yaşlı Sequndanın digər təmsilçisi “Albasete”yə keçib.

Klublar arasında bu transferlə bağlı razılıq əldə olunudğu bildirilir. Yeni klubunun İsrafilovu yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Eddi ötən ilin yanvarından “Alkorkon”da çıxış edirdi. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməmiş və əsas heyətdən kənarlaşdırmışdı. Eddinin “Alkorkon”la 2020-ci ilə qədər müqaviləsi var idi.

Azvision.az



Teqlər:





Xəbər lenti