"Neftçi" beynəlxalq turnirdə üçüncü oldu

"Neftçi" beynəlxalq turnirdə üçüncü oldu
  12 Avqust 2019    Oxunub:2070
"Neftçi" Futbol Akademiyasının U-13 komandası "Xəzər Kuboku" beynəlxalq turnirində üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, baş məşqçi Emin Salmanovun yetirmələri Rusiyanın Həştərxan şəhərində təşkil olunan yarışda 11 xal toplasa da, top fərqinə görə "Lotos"dan (Kalmıkiya) geri qalıb.

Turnirin qalibi Aşqabad yığması (Türkmənistan), bombardiri isə "Neftçi"nin futbolçusu Vüsal Kərimov (5 qol) olub.

Qeyd edək ki, Qazaxıstan yığmasına (5:3), "Həştərxan" komandasına (1:0) və Həştərxanın "Volqar" klubuna (2:1) qalib gələn Bakı təmsilçisi Kalmıkiya "Lotos"u (1:1) və Qazaxıstan "Kurmanqazı"sı (4:4) ilə heç-heçə edib, Aşqabad yığmasına isə məğlub olub (2:3).

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti