“Qırmızı şeytanlar” “Çelsi”ni darmadağın etdi

  11 Avqust 2019    Oxunub : 1199
“Qırmızı şeytanlar” “Çelsi”ni darmadağın etdi
İngiltərə Premyer Liqasında birinci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyun günündə 3 matç keçirilib. Mərkəzi görüş “Old Trafford” stadionunda baş tutub.

“Mançester Yunayted” klubu öz meydanında əzəli rəqibi “Çelsi”ni qəbul edib. Meydan sahibləri dörd cavabsız qolla qələbəyə seviniblər.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 17-19-da keçiriləcək.

Azvision.az

Teqlər: Çelsi