"Lekima" qasırğasında ölənlərin sayı 32 oldu

"Lekima" qasırğasında ölənlərin sayı 32 oldu
  11 Avqust 2019    Oxunub:1277
Çinin şərqindəki Çjetszyan vilayətində “Lekima” qasırğasının nəticəsində ölənlərin sayı 32-ə çatıb.
Azvision.az -ın məlumatına görə, daha 20 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, öncə 18 nəfərin həlak olması və 14 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

Bildirilir ki, 1 milyondan çox insan təxliyə edilib. Ümumilikdə qasırğa nəticəsində vilayətin 5 milyona yaxın sakininə zərər dəyib.

Azvision.az


Teqlər: Çin   Qasırğa   Lekima  





Xəbər lenti