Putin müsəlmanları təbrik edib

Putin müsəlmanları təbrik edib
  11 Avqust 2019    Oxunub:1379
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, Putin müsəlmanlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

Kreml Sarayının saytında yerləşdirilən təbrikdə bildirilir:

“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.

Azvision.az


Teqlər: Rusiya   Putin   Qurban   Bayramı   Təbrik  





Xəbər lenti