Yəməndə prezident sarayı ələ keçirilib

Yəməndə prezident sarayı ələ keçirilib
  11 Avqust 2019    Oxunub:2419
Yəməndə Cənub Keçici Şurasının separatçı qüvvələri prezident sarayı Maaşiki ələ keçirdiklərini bəyan ediblər.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında separatçılar paytaxtın əsas obyektlərini ələ keçirə biliblər. Günorta saatlarında isə Səudiyyə Ərəbistanının hərbi təyyarələri separatçıların mövqelərini bombalayıblar.

Prezident Əbd Rabbuh Mənsur Hadinin hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir.

Azvision.az



Teqlər:





Xəbər lenti