Qran-Prinin son günü: Güləşçilərimiz 5 medal qazandı

Qran-Prinin son günü:    Güləşçilərimiz 5 medal qazandı
  11 Avqust 2019    Oxunub:2327
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri başa çatıb.
Azvision.az xəbər verir ki, yarışların sonuncu günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 82, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşində medalçılar müəyyənləşib. Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

Beləliklə, güləşçilərimiz Qran-Pri turnirində, ümumilikdə, 13 medal qazanıb. Bunlardan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.

Azvision.az



Teqlər: Güləş   Qran-Pri  





Xəbər lenti