Girov götürülən türk dənizçilər sərbəst buraxıldı

  10 Avqust 2019    Oxunub : 1315
 Girov götürülən türk dənizçilər sərbəst buraxıldı
Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə edilən silahlı hücum zamanı girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Girovluqan azad edilən şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə silahlı hücum edilib. Nəticədə18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.

Azvision.az

Teqlər: Türk   Gəmi   Dənizçi