Güləşçilərimiz “Qran-pri”də 6 medal qazandı

Güləşçilərimiz “Qran-pri”də 6 medal qazandı
  09 Avqust 2019    Oxunub:1757
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.
Azvision.az xəbər verir ki, yarışların ikinci günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elman Muxtarov (63 kq) çempion olub. Onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.

Azvision.az



Teqlər: Güləş   Qran-Pri   Medal  





Xəbər lenti