Atambayevin evinə basqında 98 nəfər yaralanıb

Atambayevin evinə basqında 98 nəfər yaralanıb
  09 Avqust 2019    Oxunub:2179
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar onun evinə edilən basqın zamanı 98 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, Koy-Taş kəndində yerləşən iqamətgahda Atambayevin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma baş verib. İnsident nəticəsində 98 nəfər yaralanıb. Xəsarət alan 11 təhlükəsizlik əməkdaşı xəstəxanaya yerləşdirilib, 13 nəfər isə stasionar müalicə alır.

Qeyd edək ki, keçmiş prezident Almazbek Atambayev bu gün özü polisə təslim olub. Onunla bağlı təhqiqat aparılır.

Azvision.az



Teqlər: Atambayev  





Xəbər lenti