“Neftçi” son anda məğlubiyyətdən xilas oldu - Yenilənib
Azvision.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” bu gün növbəti oyununa çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib.
Matçda hesabı qonaqlar açıblar. Oyunun 26-cı dəqiqəsində Tambi fərqlənib. 36-cı dəqiqədə "Bney Yehuda" ikinci topu "Neftçi"nin qapısından keçirib. Stiven Monroz 43-cü dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Görüşün ilk hissəsi 1:2 hesabı ilə yekunlaşıb.
İkinci hissədə "Neftçi" ardıcıl hücumlar təşkil etsə də, məğlubiyyətdən yalnız son anda xilas ola bilib. Belə ki, matçın artıma dəqiqələrində (90+6) Namiq Abdullayev qonaqları məyus edərək hesabı bərabərləşdirib. Beləliklə, komandalar meydandan sülhlə (2:2) ayrılıblar.
Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını, ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubunu yarışdan kənarlaşdırıb.
Azvision.az
Teqlər: Neftçi