15 aylıq uşaq narkotikdən zəhərləndi

15 aylıq uşaq narkotikdən zəhərləndi
  08 Avqust 2019    Oxunub:2212
İspaniyada 15 aylıq uşaq dərman zəhərlənməsi səbəbi ilə xəstəxanaya aparılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl 19 yaşlı ana övladını Valensiyadakı xəstəxanaya gətirib. O, qeyd edib ki, oğlu daima yuxuladığı üçün bir neçə dəfə yıxılıb və beyin xəsarətləri alıb.

Yoxlamalardan sonra uşağın qanında narkotik vasitə olan kokain və marixuana aşkar edilib. Faktla bağlı uşağın əmisi tutulsa da, hakimə ifadə verdikdən sonra, sərbəst buraxılıb.

Atanın istintaqı davam edir və uşaq zorakılığı maddəsi ilə cinayət işi açılıb. Xəstəxanadan çıxdıqdan sonra uşaq dövlətin nəzarətinə verilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İspaniya   Narkotik  





Xəbər lenti