Türkiyədə zəlzələ: Dağıntılar altında qalanlar var - FOTO

   Türkiyədə zəlzələ:    Dağıntılar altında qalanlar var - FOTO
  08 Avqust 2019    Oxunub:2843
Türkiyənin Dənizli vilayətində ard-arda iki zəlzələ olub.
Azvision.az xəbər verir ki, ilk zəlzələ 4.2, ikincisi isə 6.5 bal gücündə olub.

Vilayətin Bozqurd rayonunda 6 dəqiqə ara ilə qeydə alınan zəlzələlərdə bəzi yaşayış evləri və obyektlər dağılıb.

Bozqurd bələdiyyəsinin sədri Birsen Çəlik bildirib ki, təbii fəlakət nəticəsində ölən yoxdur: "Zəlzələ sarsıdıcı və uzun müddət - 20-30 saniyə davam etdi. Xidməti otağımın divarı da uçub. Son dəqiqə məlumatına görə ölən yoxdur. Bir neçə yaralının olduğu bildirilir. Uçan evlər və onların altında qalanlar var".



Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti