Paraqvaylı futbolçu rəsmən “Keşlə”də

Paraqvaylı futbolçu rəsmən “Keşlə”də
  08 Avqust 2019    Oxunub:1956
"Keşlə" klubu növbəti transferini reallaşdırıb.
Azvision.az xəbər verir ki, paytaxt təmsilçisi Lorenzo Frutosu heyətinə qatıb. Paraqvaylı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.

Azvision.az



Teqlər: Keşlə  





Xəbər lenti