APOEL-in baş məşqçisi istefaya göndərildi

APOEL-in baş məşqçisi istefaya göndərildi
  08 Avqust 2019    Oxunub:2093
Kiprin APOEL klubunun baş məşqçisi Paolo Trametsani istefaya göndərilib.
Azvision.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumata görə, 49 yaşlı italiyalı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqavilə ləğv edilib.

Qeyd edək ki, iki gün əvvəl APOEL Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində öz meydanında "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Azvision.az



Teqlər: APOEL  





Xəbər lenti