Atambayevi niyə həbs etmək istəyirlər? - Səbəblər

Atambayevi niyə həbs etmək istəyirlər? -  Səbəblər
  08 Avqust 2019    Oxunub:3071
Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayevin həbs olunması üçün keçirilən əməliyyatın səbəbi məlum olub.

Azvision.az xəbər verir ki, Atambayev “qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham edilir. Məlumata görə, sabiq prezident hazırda bu iş üzrə davam edən istintaqa şahid kimi ifadə verməkdən imtina edib.
Belə ki, məhkəmə tərəfindən dindirilməsi ilə bağlı ona göndərilən üç bildirişə cavab verməyən Atambayev bütün ittihamları rədd edib və “hətta heç birini əlimə götürmərəm” deyib.

Bundan əlavə, Almazbek Atambayev korrupsiyada ittiham edilir. Ölkə parlamenti 20 iyun tarixində prokurorluğa eks-prezidentin adı keçən korrupsiya hallarının siyahısını təqdim edib. Qurum Atambayevin Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi, Batukaevin saxta tibbi hesabatlarla sərbəst buraxılması və digər cinayətlər zamanı korrupsiya ilə əlaqəli ola biləcəyi qənaətinə gəlib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olma və digər maddələrlə ittiham edilir.



Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. Ötən gün onun həbs edilməsi ilə bağlı əməliyyat keçirilib. Xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında baş verən qarşıdurma nəticəsində 48 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Atambayev   Qırğızıstan  





Xəbər lenti