Atambayev xalqa müraciət etdi: “Dayanın, güllə atmayın!” - (VİDEO)

   Atambayev xalqa müraciət etdi:   “Dayanın, güllə atmayın!” - (VİDEO)
  08 Avqust 2019    Oxunub:5491
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev televiziya vasitəsilə xalqa müraciət edib.
Azvision.az xəbər verir ki, Atambayev onun və tərəfdarlarının terrorçu olmadığını deyib və baş verən son hadisələrə görə hazırki iqtidarı günahlandırıb.

“Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın”.



Atambayev, həmçinin ölkənin güc strukturlarına çağırış edib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Xalq qarşısında and içmisiniz, amma bu gün onlara güllə atırsınız”.

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib. Xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında baş verən qarşıdurmada 48 nəfər yaralanıb. Onların biri jurnalistdir.

Azvision.az



Teqlər: Atambayev  





Xəbər lenti