Jeenbekov məzuniyyətini yarımçıq qoydu, təcili Bişkekə qayıtdı

 Jeenbekov məzuniyyətini yarımçıq qoydu, təcili Bişkekə qayıtdı
  08 Avqust 2019    Oxunub:2840
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq qoyaraq təcili Bişkekə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin Mətbuat xidməti məlumat yayıb. Onun məzuniyyətini yarımçıq saxlaması eks-prezident Almazbek Atambayevin saxlanılması ilə əlaqədardır.

Qeyd edək ki, avqustun 7-də sabiq prezident Almazbek Atambayevin həbsi ilə bağlı əməliyyat keçirilib. Xüsusi təyinatlılar Atambayevin qərargahına daxil olaraq onu saxlayıb, naməlum istiqamətə aparıblar.

Azvision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti