Putinə telefon zəngi, Zelenski nəyi xahiş etdi?

Putinə telefon zəngi, Zelenski nəyi xahiş etdi?
  07 Avqust 2019    Oxunub:1954
Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski özü açıqlama verib.

O, telefon söhbəti zamanı Putinlə Donbassdakı vəziyyəti müzakirə edib. Zelenski, həmçinin Putindən Donbasdakı separatçılara qətlləri dayandırmaq üçün təsir göstərməyi xahiş edib.

Qeyd edək ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Azvision.az



Teqlər: Zelenski   Putin   Donbas  





Xəbər lenti