Kabildə yaralıların sayı 95 nəfərə çatıb - Yenilənib

Kabildə yaralıların sayı 95 nəfərə çatıb -  Yenilənib
  07 Avqust 2019    Oxunub:2708
Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən partlayış nəticəsində yaralanan şəxslərin sayı 95 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Bundan öncə 80 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı deyilirdi. Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

***
09:34


Bu gün Əfqanıstanın ən böyük şəhəri olan Kabilin qərbində güclü partlayış baş verib.

Azvision.az xəbər verir ki, bu barədə "Tolonews" televiziya kanalı məlumat yayıb. Bildirilir ki, polis idarəsi qarşısında baş verən partlayış nəticəsində azı 34 nəfər yaralanıb. Partlayışdan sonra həmin ərazidən atışma səsləri eşidilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti