Azərbaycan güləşçilərinin Gürcüstan sınağı
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu "Qran-pri"də ədaləti qoruyacaq.
Azvision.az
Teqlər: Güləş