AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2019-2020-ci il mövsümündə ödənişsiz olaraq 100 top təqdim olunacaq.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, toplar klublara iki mərhələdə veriləcək. Mövsümün startı ərəfəsində hər bir klub üçün nəzərdə tutulmuş 50 top çatdırılması üçün artıq Peşəkar Futbol Liqasına (PFL) təqdim edilib. Çempionatın təşkilati işləri ilə əlaqədar PFL-ə 50 top verilib. Klubların hər biri üçün nəzərdə tutulmuş daha 50 top isə Premyer Liqanın dövrələrarası fasiləsi zamanı təqdim olunacaq.