“Beynəlxalq Ordu Oyunları-2019”un açılışı oldu - VİDEO

  03 Avqust 2019    Oxunub : 1931
 “Beynəlxalq Ordu Oyunları-2019”un açılışı oldu - VİDEO
Rusiyada “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimi keçirilib. . Azvision.az xəbər verir ki, Moskva yaxınlığındakı Patriot parkda baş tutan açılışda Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir sıra ölkələrin müdafiə nazirləri, Baş Qərargah rəisləri iştirak ediblər.


Mərasimdə "Beynəlxalq Ordu Oyunlar-2019" yarışlarında iştirak edən 39 ölkənin hərbçilərinin paradı olub. Daha sonra Rusiya prezidenti Valdimir Putinin yarış iştırakçılarına videomüraciəti nümayiş etdirilib. Açılış mərasimində çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə yarışların iştirakçılarını salamlayıb. O, Beynəlxalq Ordu Oyunları barədə məlumat verib və yarışların iştirakçılarına uğurlar arzulayıb.



Qeyd edək ki, 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında Azərbaycan hərbçiləri də təmsil olunur. Azərbaycanda hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcəklər.



İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Hərbçi