Ermənistan yarım milyard borc axtarır - Ümid yenə ruslara qalıb

Ermənistan yarım milyard borc axtarır -  Ümid yenə ruslara qalıb
  03 Avqust 2019    Oxunub:3041
Ermənistanın xarici dövlət borcu 2019-cu ilin ikinci yarısından sonra da artacaq.

Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hökumət təxirəsalınmaz xərclər üçün vəsait cəlb edəcək. Ümumilikdə, 2019-ci ildə Ermənistan təxminən 490 milyon dollar xarici kredit alacaq. Bu vəsaitin 40% -i Rusiyadan cəlb ediləcək.
Bundan başqa, Dünya Bankından suvarma sistemlərinin və elektrik xətlərinin yenilənməsi, yolların tikintisi, şəhərlərdə abadlıq işlərinin aparılması ilə bağlı kreditlər gəlməkdə davam edir. Bu il Ermənistan, həmçinin ümumi büdcə dəstəyi üçün kredit götürməyə davam edəcək.

Yeni büdcə idarəetmə siyasətinə əsasən, dövlət əməkhaqqı və pensiyaların ödənilməsi üçün müstəqil şəkildə qazanmalı və yalnız inkişaf layihələrinə (infrastruktur və s.) kredit götürməlidir. Ancaq Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün vəsait cəlb edilməyə məcburdur.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Büdcə  





Xəbər lenti