Türkiyə pilotun axtarışı üçün 10 nəfərlik heyət göndərib - FOTO

Türkiyə pilotun axtarışı üçün 10 nəfərlik heyət göndərib -  FOTO
  31 İyul 2019    Oxunub:2886
Azərbaycan tərəfinin dəvəti ilə iyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislərdən ibarət heyət Azərbaycana gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışlarda iştirak edəcək heyətə Türkiyənin Dəniz Donanmasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 nəfər üzvü daxildir.



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Pilot   MİQ-29  





Xəbər lenti