“Bavariya” “Fənərbağça”nı darmadağın edib

  31 İyul 2019    Oxunub : 1072
“Bavariya” “Fənərbağça”nı darmadağın edib
Almaniyada futbol üzrə “Audi Cup” turnirinin növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Almaniyanın“Bavariya” komandası ilə qarşılaşıb. İstanbul təmsilçisi görüşdə biabırçı məğlubiyyətlə üzləşib. Belə ki, matç almanların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnirin digər oyununda "Tottenhem" "Real"ı 1:0 hesabı ilə məğlub edərək finala çıxıb. Hər iki oyunun nəticələrinə əsasən "Bavariya" və "Tottenhem" finalda, "Fənərbağça" və "Real" klubları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Azvision.az

Teqlər: Bavariya   Fənərbağça