Britaniya Hörmüz körfəzinə hərbi gəmi göndərdi

  29 İyul 2019    Oxunub : 964
Britaniya Hörmüz körfəzinə hərbi gəmi göndərdi
Böyük Britaniyanın yeni hərbi gəmisi “HMS Duncan” Hörmüz körfəzinə daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hərbi gəmi Böyük Britaniya bayrağı altında üzən gəmilərin bölgədən təhlükəsiz keçidini təmin edəcək.

“HMS Duncan” bu ayın sonu xidmət müddəti başa çatacaq “HMS Montrose” adlı digər hərbi gəmini əvəzləyəcək. Bununla belə “HMS Montrose”nin 2022-ci ilə qədər Yaxın Şərqdə xidmət aparacağı vurğulanıb.

Bundan başqa, nazirliyin yazılı açıqlamasında vurğulanıb ki, “HMS Kent” adlı digər hərbi gəmi ilin sonunda “HMS Duncan”ı əvəzləyəcək.

Qeyd edək ki, son aylar Böyük Britaniyaİran arasında münasibətlər həddən artıq gərginləşib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İngiltərə   Hörmüz   Gərginlik