Cüdoçumuz Zaqrebdə bürünc medal qazanıb

Cüdoçumuz Zaqrebdə bürünc medal qazanıb
  29 İyul 2019    Oxunub:1801
Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı başa çatıb.
Azvision.az xəbər verir ki, Beynəlxalq turnirin son günü Azərbaycanı təmsil edən İrina Kindzerska bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya (1/2 finalda) uduzub.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti