Başına 600 min pul qoyulan terrorçu öldürüldü

Başına 600 min pul qoyulan terrorçu öldürüldü
  28 İyul 2019    Oxunub:2590
Türkiyə Silahlı Qüvvələri terroçulara ağır zərbələr endirib.
Azvision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu gün Şırnak Cudi və Ağrı Tendürək dağlarında keçirilən əməliyyatlar nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Məhv edilən terrorçulardan biri Türkiyə DİN-in axtarış siyahısında olan Uğur Arslandır. Onun tapılması üçün 600 min lirə mükafat ayrılmışdı.

Azvision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti