Berlində keçirilən Avropa Kubokunda Azərbaycan finalı

  28 İyul 2019    Oxunub : 890
Berlində keçirilən Avropa Kubokunda Azərbaycan finalı
Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında "Avropa Açıq Kuboku" uğrunda yarış keçirilir.
Azvision.az xəbər verir ki, Beynəlxalq turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan və digər ölkələrin ən güclü gənc cüdoçuları mübarizə aparırlar.

Ümumilikdə Berlin yarışında 39 ölkədən 470 cüdoqi ustası iştirak edir. Avropa kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Həlledici qarşılaşmada qələbə qazanan Əhməd Yusifov "Berlin-2019"un qalibi olub. Rövşən Əliyev isə gümüş medala layiq görülüb.

Azvision.az

Teqlər: Cüdo   Avropa-Kuboku   Final