Ukrayna Rusiyanın tankerini saxladı

Ukrayna Rusiyanın tankerini saxladı
  25 İyul 2019    Oxunub:1389
Ukraynanın Təhlükəsizlik Xidməti İzmail limanında, Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinin yolunu kəsən Rusiyanın "Neyma" adı altında gizlənən "Nika Spirit" tankerini saxlayıb.
Azvision.az xəbər verir ki, Ukrayna tərəfi həmin gəmini ötən ilin noyabrın 18-də Kerç boğazında Ukrayna gəmilərinin yolunu kəsməkdə günahlandırır.

"Ukraynanın Təhlükəsizlik Xidməti hərbi prokurorluqla birlikdə Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinin yolunu kəsən Rusiya tankeri "Neyma" nı saxlayıb", - deyə xidmətin yaydığı məlumatda bildirilir.

"Məhkəmə öncəsi istintaq zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyinin birbaşa göstərişi ilə FTX -nin sərhəd mühafizə xidmətinin nümayəndələrinin Kerç boğazında Ukrayna hərbi gəmilərinə qarşı silahlı təcavüz aktı törətdiyi müəyyən edilib. Bu gəmi maddi sübut kimi tanınır, məhkəməyə onun həbsi üçün vəsatət hazırlanır".

Xatırladaq ki, Rusiya ötən ilin noyabrında Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb. Rəsmi Kiyev isə Rusiyanın izi itirmək üçün həmin tankerin adını dəyişdirərək “Nika Spirit” qoyduğunu iddia edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Ukrayna   Kerç  





Xəbər lenti