Kabildə ardıcıl 3 partlayış - 12 ölü, 30 yaralı

Kabildə ardıcıl 3 partlayış -  12 ölü, 30 yaralı
  25 İyul 2019    Oxunub:1458
Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl 3 partlayış baş verib.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, hökumət işçilərini daşıyan nəqliyyat vasitələrinin hədəf alındığı terror aktlarında azı 12 nəfər həlak olub.

"Taliban" qruplaşması tərəfindən törədilən partlayışlarda 30 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.




Kənan Məmmədov
Azvision.az


Teqlər: Əfqanıstan   Kabil   Terror  





Xəbər lenti