Şimali Koreya Rusiya gəmisini saxladı

Şimali Koreya Rusiya gəmisini saxladı
  24 İyul 2019    Oxunub:2017
Şimali Koreya tərəfindən Rusiyaya məxsus "Syanhaylin-8" balıqçı gəmisi saxlanılıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gəminin göyərtəsində 17 nəfər olub. Onlardan 15-i Rusiya, 2-si isə Cənubi Koreya vətəndaşıdır.

Bildirilir ki, gəmi iyulun 17-nə keçən gecə Cənubi Koreyanın Sokço limanından Yaponiya dənizinə xərçəng tutmaq üçün gedərkən saxlanılıb.

Dənizçilər hazırda Vonsan limanında saxlanılır. Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəsi deyib ki, rusiyalı diplomatlar vəziyyətin nizamlanmasına çalışırlar. Onlar artıq ekipaj üzvləri ilə görüşüblər. Dənizçilərin tezliklə evlərinə qayıtmaları üçün lazımı tədbirlər həyata keçirilir.

Qeyd edilir ki, "Syanhaylin-8" balıqçı gəmisi "Şimal-Şərq" şirkətinə məxsusdur.

Şahanə Rəhimli
Azvision.az






Teqlər: ŞimaliKoreya   Rusiya   Gəmi  





Xəbər lenti