İstanbulda tarixi əməliyyat: 271 milyon saxta dollar ələ keçirildi

   İstanbulda tarixi əməliyyat:    271 milyon saxta dollar ələ keçirildi
  22 İyul 2019    Oxunub:3217
İstanbulun Əsənyurd rayonunda mətbələrdən birinə basqın zamanı 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Azvision.az xəbər verir ki, bununla da 100 dollarlıq banknotların Qurban bayramı öncəsi dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Faktla bağlı daha əvvəl FETÖ ilə əlaqədar polis orqanlarından xaric edilən B.Ç adlı rəisin də olduğu 5 nəfər saxlanılıb. 2 nəfər fərarinin həbsi istiqamətində tədbirlər görülür. Bundan başqa dövriyyəyə buraxılacaq əskinasların FETÖ ilə əlaqəsi olub-olmadığı araşdırılır.

Qeyd edək ki, bu son illərin ən böyük miqdarda saxta pulun ələ keçirildiyi əməliyyat olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İstanbul   Saxta-pul   Əməliyyat   Dollar  





Xəbər lenti