Ermənistanda ata övladlarının qarşısında intihar etdi

Ermənistanda ata övladlarının qarşısında intihar etdi
  22 İyul 2019    Oxunub:1651
Ermənistanın Kotayk vilayətinin Zovuni kəndində intihar hadisəsi baş verib.
Azvision.az Sputnik "Armeniya"ya istinadən xəbər verir ki, 34 yaşlı kişi özünü yaşadığı binanın beşinci mərtəbəsindən atıb.

Bildirilir ki, hadisə intihar edən şəxsin iki azyaşlı uşağının gözü qarşısında baş verib.Təcili yardımın əməkdaşları onu tibbi mərkəzə apararkən yolda keçinib.

Kənd sakinlərinin sözlərinə görə, həmin şəxs bundan əvvəl də dəfələrlə intihara cəhd edib.

Hüquq-mühafizə orqanları özünəqəsdin səbəbini araşdırırlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İntihar   Ermənistan  





Xəbər lenti