Ərbildə türk diplomatı şəhid edən terrorçu tutulub - FOTO

  20 İyul 2019    Oxunub : 1391
 Ərbildə türk diplomatı şəhid edən terrorçu tutulub - FOTO
İraqın Ərbil şəhərində türk diplomatı şəhid edən Məzlum Dağ adlı terrorçu həbs edilib.
Azvision.az “Habertürk”ə istinadən xəbər verir ki, terrorçu Şimali İraqda saxlanılıb.

“Anadolu” agentliyi isə terror aktını həyata keçirən 4 terrorçunun hamısının Ərbil polisi tərəfindən həbs edildiyinə dair məlumat yayıb.

Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Ərbil   Diplomat   Türkiyə   Şəhid